BAYRAQDAR MEDİA – Almaniya kansleri Olaf Şolts Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayıb. Bu haqda xəbəri Almaniya mediası oktyabrın 5-nə keçən gecə geniş yayımlayıb.
Xəbərdə bildirilir ki, O.Şolts İ.Əliyevlə söhbətdə Qarabağda “dayanıqlı sülh” və Ermənistanla Azərbaycan arasında məsələlərin danışıq yoluyla həllinin vacibliyini vurğulayıb.
O.Şolts eyni zamanda münasibətlərin həlli üçün gücdən istifadənin yolverilməzliyini qeyd edib. O, bildirib ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin məsələ ilə bağlı mövqeyi Almaniya hökuməti tərəfindən tam dəstək görür.
Almaniya mediası bu məsələni inkişaf etdirərək bildirir ki, sentyabrın sonunda “Azərbaycanın şiddətli hücumları sonucu Qarabağ fəth edilib”miş. O da iddia edilir ki, 100 min erməni öz “ana vətənlərinə qaçmalı olub”.
Maraqlıdır ki, hər zaman media etikasından danışan Almaniya mediası bu dəfə də bu hədləri aşaraq adi bir xəbərdə belə Azərbaycanı hədəf aldığını göstərməkdən çəkinməyib…