Press "Enter" to skip to content

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – VİDEO

Təlimdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib. Təlimdə hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər”.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İranın HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Mission News Theme by Compete Themes.