BAYRAQDAR MEDİA – Türkmənistanda ilk özəl notariuslar fəaliyyətə başlayıb.
Türkmenportalı.com xəbər verir ki, ilk özəl notariuslar öz ofislərini Aşqabadda açıblar: “Özəl notariuslar öz ofisindən kənarda, həftə sonları və bayram günləri də daxil olmaqla, hüquqi məsləhətlər verir və notariat fəaliyyətini, məsələn, notariat təsdiqi və sənədlərin surətinin çıxarılmasını həyata keçirir, digər hüquqi və texniki xidmətlər təklif edirlər. Türkmənistanın bu il yanvarın 1-dən qüvvəyə minmiş “Notariat və notariat fəaliyyəti haqqında” yeni qanununa əsasən, Türkmənistanın notariatları orqanlardan və səlahiyyətli vəzifəli şəxslərdən və özəl notariuslardan ibarət sistem kimi qəbul edilir”.
Məlumata əsasən, şəxsi notariusun lisenziyası Türkmənistan Ədalət Nazirliyinin Lisenziya Sahiblərinin Məlumat Bazasında qeydiyyata alınmalıdır: “Təsdiq edilmiş prosedura əsasən, Aşqabad, Arkadağ şəhərləri və vəlayət mərkəzlərində 30 min nəfər üçün bir özəl notarius müəyyən edilir. Etrap statuslu şəhərlərdə 25 min sakinə 1, etraplarda isə 20 min nəfərə 1 özəl notarius düşür. Həmçinin, özəl notarius dövlət notariat kontorundan uzaqda yerləşən yaşayış məntəqələrinin sərhəddində işləyə bilər”.
Mənbə qeyd edir ki, özəl notarius xidmətlərinin haqqı hər bir notariat qaydasında təsdiq edilmiş sənəddə göstərilir və xüsusi notariusun xüsusi bank hesabına köçürülür.