Press "Enter" to skip to content

Tibb Kollecində maarifləndirmə tədbiri

Tamaşa zamanı

Son yeniləmə: 4 Oktyabr 2023 15:38

BAYRAQDAR MEDİA – Tibb Kollecində “Narkomaniya və tütündən istifadəyə qarşı” maarifləndirmə tədbiri keçirilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən tədbiri giriş sözü ilə 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva açıb. O, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin tələbələr üçün əhəmiyyətini vurğulayıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanan, tütündən istifadənin xüsusilə gənc nəslin sağlamlığına zərərləri barədə son məlumatı diqqətə çatdıırb və gənclərə hər zaman sağlam həyat tərzini seçmələrini arzulayıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə aparılan maarifləndirmə tədbirlərində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları, media və ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib. Azərbaycan dövləti tərəfindən vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan bəhs edən QHT sədri, cəmiyyətimizin fəal üzvləri kimi tələbələri Prezident İlham Əliyevin gənclərə verdiyi dəyərli tövsiyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə dəvət edib.
Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və Yasamal rayon İcra Hakimiyyətinin Narkomaniya ilə mübarizə üzrə Komissiyasının məsul katibi Rasim Əliyev Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı və təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

Maarifləndirici bukletlərin paylandığı tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının təqdimatında narkomaniya faciəsindən bəhs edən “Həyatla Oyun” tamaşası göstərilib.

Mission News Theme by Compete Themes.