Press "Enter" to skip to content

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə

Elm və Təhsil Nazirliyi

BAYRARQDAR MEDİA – Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki,I “elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr 11:00-dək qeydiyyatdan keçə bilərlər”.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Mission News Theme by Compete Themes.