BAYRAQDAR MEDİA – Paris Şəhər Şurası yekdil səslə Qarabağ ermənilərinə fəxri vətəndaşlıq vermək haqqında qərar qəbul edib.
Bu haqda Parisin meri, özünün erməni yanlısı olması ilə tanınan Anne Hidalgo sosial media hesabında xəbər verib.
A.Hidalgo bir qədər irəli gedərək (həddini aşaraq) Azərbaycanı ermənilərə qarşı soyqırımda ittiham etməkdən də çəkinməyib.
Qeyd edək ki, bu “fəxri vətəndaşlıq” ermənilərə heç bir şey vəd etmir. Onlar “fəxri vətəndaş”ı olduqları Parisə getmək üçün yenə də viza almalı olacaqlar. Yəni Paris meri növbəti dəfə insanların faciəsindən özünün siyasi demaqogiyası üçün istifadə edir. Yazıq ermənilər isə hələ də bunu anlamırlar…