Press "Enter" to skip to content

Pərviz Şahbazov beynəlxalq forumda çıxış edib

Pərviz Şahbazov formda çıxış edərkən

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 4-də Energetika Nazirliyindən məluat verilib.

Bildirilib ki, “forumda çıxış edən nazir Şanxay Əməkdaşlıq Təşkilatıçətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft – qaz yataqları, yaşıl enerji potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri,ixrac infrastrukturlarının mövcudluğunuenerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib”.

Məlumata əsasən, energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib: “Bildirilib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır: “Bu günlərdə dünya bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizməqarşı mübarizədə qətiyyətliliyinəvə prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı.”

Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsininötən il 45.8 faiz artaraq 9 milyard dollardan çox olduğu diqqətə çatdırılıb: “Bildirilib ki, bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17 faiz təşkil edib. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3.2 milyard dollar sərmayə yatırıb. Çıxışda ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrindən bəhs edilib. Çinlə 2 QVt gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi, Pakistana “SOCAR Trading” vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanınenergetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la “Uzbekneftqaz”ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin BTC ilə nəql olunması nümunələr kimi qeyd olunub. “BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1.1 milyon tona çatdırılacaq”-deyə nazir əlavə edib”.

Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.

Mission News Theme by Compete Themes.