BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı uşaqlar üçün Little YARAT ustad dərslərinin oktyabr proqramını açıqlayıb.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “8, 15 oktyabrda keçiriləcək ustad dərsləri 8-12 yaş uşaqlar üçün nəzərdə tutulub. Oktyabrın 8-də “Landşaftlar” mövzusunda Alina Yusupovanın tyutorluğu ilə olacaq dərsdə iştirakçılar müxtəlif bitkilərin yarpaqlarını akril ilə boyayacaq və kağız üzərində çap edəcəklər. Nəticədə nağıl meşəsi (landşaft) şəklində bitki toxuması əldə olunacaq. Oktyabrın 15-də keçiriləcək dərslər isə “Vücud dili” mövzusunda Ramal Kazımın tyutorluğu ilə olacaq. YARAT-da cari sərgidə əsərləri nümayiş olunan rəssam iştirakçılarla birlikdə sangina və sepiadan istifadə edərək sərbəst mövzuda təsvirlər yaradacaqlar”.
Qeyd edək ki, dərslər saat 12:00-da başlayacaq.