BAYRAQDAR MEDİA – Yenə də gördük ki, heç gizli fəaliyyətə belə ehtiyac duymurlar. USAID adlı ABŞ qurumunu deyirəm.
Açması United States Agency for International Development (Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi) deməkdir.
Adından da göründüyü kimi, beynəlxalq inkişafa yardım edirmiş. Həm də ABŞ vətəndaşlarının vergiləri hesabına hər il milyardlarla dollar vəsait bu qurumun üzərindən xırıd edilir. Bəli, məhz xırıd edilir…
Şəxsən özüm bunları çoxdan tanıyıram. On illərdir. Yolumuzun Azərbaycanda da, ondan kənarda da kəsişdiyi olub. Amma onların “standartlarına” heç vaxt uyğun gələ “bilməmişəm”…
İndi də səsləri Gürcüstandan gəlir. Buna qayıdacağıq. Lakin ona qədər bir ayrıntını ayrıca diqqətə çatdıraq.
Bir müddət öncə bu USAID-in rəhbəri Samanta Pauer Ermənistana gəlmişdi. Ermənilərə ürək-dirək verirdi. Azərbaycana münasibətdə açıq qərəz nümayiş etdirirdi. Yəni ermənilərə deyirdi ki, “arxanızdayıq”.
Belə münasibətin səbəbi nədir? Çox sadə bir səbəbi var bunun. Hazırda Ermənistanı idarə edən Baş nazir Nikol Paşinyan onların adamıdır axı. Düzdür, Azərbaycana qarşı Nikolu dəstəkləsələr də bir nəticə əldə edə bilməyəcəklərini anlayırlar. Amma ən azından öz yetirmələrinə göstərmək istəyirlər ki, onu meydanda tək buraxmırlar…
Gürcüstan isə həyəcan təbili çalır ki, bu qurum və onun törəmələri həmin ölkədə dövlət çevrilişi etmək istəyir. Bizi təəccübləndirəcək bir iddia deyil. Dedik axı, tanıyırıq bunları.
Bəli, USAID və ABŞ-nin ona bənzər qurumları məhz belə işlərlə məşğul olurlar. USAID ilə bərabər NED (National Endowment for Democracy), IRI (International Republicans Institute), hətta “Azadlıq” radiosu da məhz o işlərlə məşğuldur.
Elə ona görə də Azərbaycan dövləti illər öncə bu adı keçən qurumların çoxunu ölkə sərhədlərindən kənara çıxarmalı oldu. Ancaq yenə də dinc durmadılar, durmurlar. Azərbaycan dövlətinin maraqlarına qarşı çıxan ünsürləri elə o Tiflis üzərindən maliyyələşdirməyə davam edirlər…
Düzdür, digərlərindən fərqli olaraq USAID hələ də ölkə içindən fəaliyyətinə davam edir. Bu isə narahatlıq doğurmaya bilməz. Yəqin ki, dövlətimiz belə bir qurumun fəaliyyətinin yasaqlanması, yaxud da xüsusi nəzarətə götürülməsi üçün tədbirlər görməlidir.
Sözügedən qurumların dəstəklədiyi fəaliyyətlərə gəlincə, bunlar bir qayda olaraq Azərbaycan cəmiyyətində ikrah doğuran dürdəndir. Örnək üçün, bütün xalq dövlətlə əl-ələ verib 30 ildir Ermənistanın işğalı altında qalan torpaqları azad etməkdəykən, bunların şəbəkəsi müharibəyə qarşı çıxışlar edir. Özü də bunu elə təqdim edirlər ki, sanki “Azərbaycan Ermənistana təcavüz edir, torpaq işğalıyla məşğuldur” görüntüsü yaransın.
Yaxud da yenə bu şəbəkə Azərbaycanda üzdəniraqların sıralarının genişlənməsi üçün gecə-gündüz çalışır. Pulu ABŞ-dən alırlar, Azərbaycan xalqının min illərə söykənən milli-mənəvi dəyərlərini gözdən salaraq ibnəliyi təbliğ edirlər. Kimsə bu şəbəkə haqqında adi bir tənqid səsləndirəndə də bütün dünyaya Azərbaycanda insan haqlarının pozulması haqqında yalanlarla dolu hay salırlar…
Belə bir durumda, bir daha deyirik, USAID ilə bağlı Azərbaycan dövlətinin, elə lap cəmiyyətinin də ciddi düşünməsi lazımdır. Çünki işğalçı Ermənistana açıq dəstək verən, rəğbət ifadə edənlər insan haqlarını qoruduqlarını iddia edə bilməz…