Son yeniləmə: 4 Oktyabr 2023 14:49
BAYRAQDAR MEDİA – “2023-cü ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 190 icazə verilib.Onlardan 136-ı ixrac nəzarətinə düşən malların idxalı, 6-ı ixracı, 48-iisə tranziti ilə bağlı olub”.
Bu barədə Enegetika Nazirliyindən BAYRAQDAR MEDİA-ya məlumat verilib.
Bildirilib ki, “9 ay ərzində 172 icazənin verilməsi 5 saylı, 18 icazənin verilməsi isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından etibarən Energetika Nazirliyi tərəfindən icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzitərəfindən həyata keçirilir”.