Press "Enter" to skip to content

Bələdiyyənin investisiyaları fermerləri sevindirir

Osman Zolan fermerlərlə bir arada

Son yeniləmə: 4 Oktyabr 2023 11:25

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi kənd yerlərində yaşayan vətəndaşlara dəstək olmaq və kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün həyata keçirdiyi nümunəvi layihələrə bir yenisini əlavə edib.

Bu çərçivədə Denizli Böyükşəhər Bələdiyyəsi, Bozkurt mahalının İncələr Məhəlləsində 14 min dekar sahədə 443 istehsalçının istifadə edəcəyi toxum ələmə maşını və 5 ton tutumlu bərk gübrə paylayıcı qoşqu bağışlayıb.

Bələdiyyədən BAYRAQDAR MEDİA-ya verilən məluamat görə, Bələdiyyə sədri Osman Zolan fermerlərlə görüşdə etdiyi çıxışında istehsalın çox müqəddəs bir iş olduğunu, əkinçilik və heyvandarlığın dəstəyinin gündən-günə artmağa davam etdiyini bildirib.

“Ümid edirəm məhsullarınız bol olacaq. Allah hamımıza belə xeyirxah işlər görməklə yolumuza davam etməyi nəsib etsin”, – deyə o bildirib.

Mission News Theme by Compete Themes.