Press "Enter" to skip to content

“Turkmensvyaz” Agentliyindən alman şirkətlərinə dəvət

Görüş zamanı

Son yeniləmə: 3 Oktyabr 2023 14:33

BAYRAQDAR MEDİA – “Turkmensvyaz” agentliyi alman şirkətlərinə əməkdaşlığın qurulması və investisiya qoyuluşu üçün bir neçə yeni istiqamət təklif edib.

Xəbəri orient.tm saytı yayıb.

Bildirilib ki, bu istiqamətlərə aşağıdakılar daxildir: Data Mərkəzinin yaradılması, fiber-optik kabel və server avadanlıqlarının istehsalı üzrə birgə müəssisələrin tikintisi, İT xidmətlərinin və ağıllı şəhər idarəetmə sistemlərinin inkişafı layihələri, “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC-də ən son simsiz rabitə texnologiyalarının modernləşdirilməsi və tətbiqi, sənaye mütəxəssislərinin hazırlanması və peşəkarlığının artırılması”.

Təkliflər sentyabrın 29-da Berlində keçirilən Türkmən-Almaniya biznes forumu zamanı açıqlanıb. Bildirilib ki, hazırda Türkmənistanda 8 dövlətlərarası fiber-optik məlumat ötürülməsi marşrutu mövcuddur. Təkcə son üç il ərzində alınmış beynəlxalq internet kanallarının ümumi tutumu on dəfə artıb. Ona görə də bu gün nəqliyyatın tranzit imkanlarının artırılması və magistral nəqliyyat-kommunikasiya şəbəkəsinin genişləndirilməsi aktualdır.

“TurkmenSvyaz” Agentliyinin sədri Hacımurad Xudayquliyev alman şirkətlərini 9-10 noyabr 2023-cü il tarixlərində Aşqabadda keçiriləcək “Türkmentel-2023” beynəlxalq sərgi və konfransında iştirak etməyə dəvət edib.

Mission News Theme by Compete Themes.