Son yeniləmə: 3 Oktyabr 2023 11:38
BAYRAQDAR MEDİA – Oktyabrin 3-də Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasının əsasını qoyan Naxçıvan sazişinin imzalanmasının 14-cü ildönümüdür. 2009-cu ildə imzalanan bu saziş sonrakı dövrdə türk dünyasının birliyinin təməlini qoydu.
Qeyd edək ki, qardaş Türkiyənin Xarici İşlər Nazirliyi bu münasibətlə təbrik mesajı yayımlayıb.
Təbrik mesajında deyilir:“Türk Dövlətləri Təşkilatının yaradılmasının əsasını qoyan Naxçıvan sazişinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətlərinin Əməkdaşlıq Gününü təbrik edirik. 1992-ci ildə “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları” kimi başladığımız proses üzv ölkələrin güclü iradəsi və birgə səyləri sayəsində bu gün tam hüquqlu beynəlxalq təşkilata malik olmağımızla nəticələnmişdir. Türk Dövlətləri Təşkilatı qlobal məsuliyyətli və regional aktor kimi üzv ölkələr arasında əməkdaşlığı sürətlə inkişaf etdirmək və dərinləşdirmək, sülh və sabitliyə xidmət etmək məqsədi daşıyır. Türkiyə Türk Dünyasının birlikdə daha da güclənməsi və türk əməkdaşlığının inkişafı üçün səylərini ləngitmədən davam etdirəcək”.
Qeyd edək ki, Türkiyə XİN-in sosial şəbəkələrində də 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edilib.
Türk Devletleri İşbirliği Günü kutlu olsun!#BirliğimizGücümüzdür@Turkic_States pic.twitter.com/UHuPUCBdnu
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) October 3, 2023