Son yeniləmə: 3 Oktyabr 2023 11:55
BAYRAQDAR MEDİA – “Nar” üstün müştəri təcrübəsinin təqdim edilməsi məqsədilə metro ərazisində təkmilləşdirmə işləri aparıb. Bunun nəticəsində Bakı metrosunda zəng və internet xidmətinin keyfiyyəti dəfələrlə yüksəldilib.
Bu barədə verilən məlumatda deyilir ki, aparılmış təkmilləşdirmə işləri şirkətin müştəri məmnuniyyəti strategiyasının ayrılmaz hissəsidir. “Nar”ın əsas məqsədi abunəçilərini daima diqqət mərkəzində saxlamaqla onlara sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsidir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.