Press "Enter" to skip to content

Milli Azərbaycan Tarixi Muzeyində tarixi plakat

Sözügedən plakat

BAYRAQDAR MEDİA – Oktyabrın 2-si Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etdiyi gündür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Azərbaycan Tarixi Muzeyindən daxil olub.

Xəbərdə deyilir ki, “Milli Kosmik sənayenin yaranması Ümummilli lider Heydər Əliyevin sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər Azərbaycanda müasir sənaye müəssəsələrinin tikilməsinə, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail ola bilib. 50 il bundan öncə, 1973-cü ilin oktyabr ayında ilk dəfə Bakıda Beynəlxalq Astronavtika Federasiyası tərəfindən “XXIV Beynəlxalq Astronavtika Konqresi” keçirilib. Kosmos elminin görkəmli simalarının iştirakı ilə “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi adı altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub”.

Qeyd edək ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan sözügedən konqresin ilk plakatı MATM-nin Sənədli Mənbələr fondunda qorunur. Plakat bərpa olunma məqsədi ilə muzeyin Bərpa laboratoriyasına təqdim edilib. Muzeyin bərpaçı-rəssamı Rəvanə Abbasova tərəfindən eksponat axar suda yuyularaq kir ləkələrindən təmizlənib, uyğun seçilmiş kağıza dublirə edilib, presdə hamarlanıb. Plakatın çatışmayan hissələri bərpa edilərək, eksponata ikinci həyat verilib.

Tarixi əhəmiyyətli bu eksponat muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.

Mission News Theme by Compete Themes.