Son yeniləmə: 3 Oktyabr 2023 16:40
BAYRAQDAR MEDİA – Turqay Başyaylanın Afyonkarahisarda verdiyi konsert zamanı maraqlı anlar yaşanıb. Sənətçinin ifa etdiyi canlı türkülərə valeh olan ərazidə çalışan təmizlik işçisi səhnəyə çıxıb.
Xəbəri eskisehir.net saytı yayıb. Bildirilib ki, “Türkiyənin UNESCO-da qeydiyyatdan keçmiş üç qastronomiya şəhərindən biri olan Afyonkarahisarda Beynəlxalq GastroAfyon Turizm və Dad Festivalı 5-ci dəfə qapılarını açıb. Ləzzətli yeməklərin nümayiş olunduğu festivalda məşhur xalq müğənnisi Turqay Başyayla da konsert verib.
T.Başyayla konsertdə bir-birindən gözəl türkülər oxuyarkən Afyonkarahisar Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi tərəfindən konsert sahəsini təmizləmək üçün təyin edilmiş Uğur Turhan qəfildən əlində süpürgəsi ilə səhnəyə atılıb. O, əlindən bir an belə ayırmadığı süpürgəsi ilə T.Başyayla ilə msiket havasına rəqs etməyə başlayıb”.
Afyonkarahisar Bələdiyyə başçısı Mehmet Zeybek həmin anları sosial media hesabında gülən emojilərlə “Həmkarımız işinə 2 dəqiqəlik fasilə verir və dünya gözəlləşir” başlığı ilə paylaşıb.