BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Manya Səxavətqızının “Vətən Fədailəri: İmişli şəhidləri” (II hissə) kitabı da var.
Kitab “Vətən Fədailəri” layihəsinin ikinci cildidir. Layihənin ilk cildi “Vətən Fədailəri: Naxçıvan şəhidləri”dir. “Vətən Fədailəri: İmişli şəhidləri” kitabında isə I Qarabağ müharibəsində, atəşkəs rejimində, Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan 100 şəhidin şərəfli ömür və döyüş yolundan bəhs olunub.
Qeyd edək ki, kitabda yer alan bütün məqalələr şəhidlərin ailələrindən alınan məlumatlar əsasında yazılıb.