Son yeniləmə: 3 Oktyabr 2023 16:37
BAYRAQDAR MEDİA -“Prodaljavame Promyanata-Demokratiçna Bolqarıstan” (PP-DB) koalisiyasının parlament qrupu təhlükəsizlik institutlarında islahatlarla bağlı qanun layihələrini Xalq Məclisinə təqdim edib.
Radio Bolqarıstan xəbər verir ki, “PP-DB” həmsədri Kiril Petkov Avstriyanın xarici işlər naziri və parlamentdə təmsil olunan partiyalarla “Şengen” məsələsi ilə bağlı görüş keçirdiyini açıqlayıb.
“Onlar dedilər ki, Avstriyanın vetosunda ən böyük problem miqrant dalğalarının təhlükəsizliyi, sərhədlərdə təhlükəsizlik və informasiya təhlükəsizliyidir”, – Kiril Petkov bildirib.
Kiril Petkovun sözlərinə görə, ölkəmizin Şengen zonasına üzvlüyünə görə də parlament məsuliyyət daşıyır və qanun layihələrinin parlamentə təqdim olunmasının səbəbi də budur.
GERB lideri Boyko Borisov bildirib ki, onun partiyası təklif olunan dəyişikliklərə “hə” səsi verməyəcək.