Son yeniləmə: 4 Oktyabr 2023
BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Aİİ rektoru, Dos. Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik edib. A.Şirinov bildirib ki, 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Rektor Prezidentin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənin igid oğullarının şücaətilə Azərbaycan torpaqları düşmən tapdağından azad olunduğunu deyib.
Milli Məclisin Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov çıxış edərək, Cəbrayıl rayonu haqqında xatirələrini bölüşüb.
Tədbirdə rejissor Fariz Əhmədov, ssenari müəllifi Aygün Həsənovanın olduğu “30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi – Biz qayıtdıq – Cəbrayıl” adlı filmin birinci hissəsi nümayiş olunub.