Press "Enter" to skip to content

ABŞ rəsmisi ermənilərin iştahasını qursağında qoydu – VİDEO

Metyu Miller

BAYRAQDAR MEDİA – Azərbaycanın 19 sentyabrda başlayıb bir sutkadan da az müddətə uğurla başa çatan lokal antiterror əməliyyatı Qarabağdakı bölücü və terrorçuları dizə gətirdi. Təslim olan ermənilər yenə də öz xasiyyətlərindən əl çəkməyərək yalanlar uydurmağa davam etdi.

Belə yalanlardan biri də Azərbaycanın guya ermənilərə qarşı Qarabağda etnik təmizləmə aparması haqqındadır. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da bu iddianı bir neçə dəfə təkrarlayıb. Halbuki Azərbaycan dövləti Prezident İlham Əliyevin dili ilə təkrar-təkrar ermənilərə çağırış edərək Qarabağda qalmalarını istəyib.

Oktyabrın 2-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin səsləndirdiyi fikirlər isə yəqin ki, erməniləri əməlli-başlı pis vəziyyətə qoyub.

M.Miller jurnalistin Qarabağda etnik təmizləmə ilə bağlı sualına cavab olaraq bunu təsdiqləyə bilməyəcəklərini açıq şəkildə vurğulayıb. O, bildirib ki, əgər etnik təmizləmə və soyqırım kimi cinayətlər varsa, ölkəsi buna biganə qala bilməz. Amma Qarabağda belə bir şeyin olması hələ ki, təsdiq edilmir.

Mission News Theme by Compete Themes.