Press "Enter" to skip to content

800 klassik avtomobilin iştirak etdiyi festival

Festival zamanı

Son yeniləmə: 3 Oktyabr 2023 12:34

BAYRAQDAR MEDİA – İspartada Cümhuriyyətin 100 illiyi münasibətilə festival keçirilib.

Kibris Postası xəbər verir ki, Gökkubbe Sərgi və Konqres Mərkəzində İsparta Bələdiyyəsi və Türk Klassik Mercedes Aşıklar Klubu tərəfindən təşkil edilən festivalda müxtəlif vilayətlərdən gətirilən 800 klassik avtomobil iştirak edib.

Festival iştirakçıların əksəriyyəti klassik avtomobillərlə yanaşı Türkiyənin yerli və milli avtomobili Togg-u araşdırıb: “Açılışda çıxış edən vali Aydın Baruş Ispartanın əhəmiyyətli turizm mərkəzlərindən birinə çevrilməsini hədəflədiklərini söyləyib. Şəhərə ildə 500 min ziyarətçinin gəldiyini bildirən A.Baruş, “Hazırda hədəfimiz bir milyon ziyarətçi qəbul etməkdir. İsparta qızılgülləri, lavandaları, meyvə bağları, təbii gözəllikləri və Davraz Kayak Mərkəzi ilə əhəmiyyətli bir turizm nöqtəsidir” deyib.

Bələdiyyə başçısı Şükrü Başdeğirmen festivala qatılan 3 min ziyarətçinin onları sevindirdiyini ifadə edib.

Türk Klassik Mercedes Aşıklar Klubunun prezidenti Murat Karakaya 15 min üzvü olan böyük bir ailə olduqlarını ifadə edib. O, 800 klassik avtomobil və 3 min iştirakçı ilə Türkiyə rekordunu qırdıqlarını vurğulayıb.

Mission News Theme by Compete Themes.