BAYRQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib.
Idarədən BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Anar Məmmədov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə və məktəb direktorları iştirak edib: “BŞTİ müdiri Mehriban Vəliyeva yeni təyin olunmuş məktəb direktorlarına üzərlərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb. Təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu xatırladan İdarə müdiri direktorların qarşısında duran vəzifələrə diqqət çəkib. M.Vəliyeva ümumi təhsil müəssisələrində 45 dəqiqə ərzində öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin və daxili korporativ mədəniyyətin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra BŞTİ-nin müdir müavini A.Məmmədov, sektor müdirləri F.Babayev və A.Mustafazadə tərəfindən yeni təyin olunan məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması, məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişafı, şagirdlərin davamiyyəti və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib”.