BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə Resmi Gazetedə dərc edilən Yüksək Seçki Kurulu qərarına görə, yerli və inzibati seçkilər 31 mart 2024-cü ildə keçiriləcək.
Eskişehir.net xəbər verir ki, ünvanının dəyişdirilməsi və seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı qərara əsasən, seçicilər oktyabrın 1-dən yanvar ayında elan ediləcək seçki siyahılarının asılması müddəti başlayana kimi ünvanlarını dəyişə biləcəklər: “Seçicilər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrinə ünvan bəyannamələri və özlərinin işıq, su, təbii qaz, telefon pulu və ya notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi ilə müraciət etməlidirlər. Fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkmiş şəxslər heç bir sənəd tələb etmədən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrinə müraciət edə biləcəklər”.
Məlumata əsasən, təhsil aldıqları yerlərdə səs vermək istəyən tələbələr də tələbə şəhadətnaməsi və yataqxana müdirliklərindən aldıqları sənədlərlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbələrinə müraciət edəcəklər.