BAYRAQDAR MEDİA – Heydər Əliyev Mərkəzində aprelin 27-dən açılan “Salvador Dali. Sürrealizm mənəm” sərgisini bugünədək 10 mindən çox ziyarətçi izləyib.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “S.Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alıb. Oktyabrın 8-dək davam edəcək sərginin təşkil olunduğu məkanda həftəsonu “Salvador Dalinin ilham pərisi” adlı rəqs tamaşasının premyerası keçirilib. Tamaşa “Nine Senses” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təqdim olunub”.