Press "Enter" to skip to content

Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib

Qonaqlar Bakıdadır

BAYRAQDAR MEDİA – Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib. Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb”.

Sonra xəbərdə deyilir ki, “vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib”.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.

Mission News Theme by Compete Themes.