BAYRAQDAR MEDİA – Sentyabrın 2-də Daşkənddə türk dünyasının dahi oğlu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası işinə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə konsultasiyalar keçiriləcək. Müzakirə zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq. Dekada sektorun inkişafında yeni imkanlar yaradacaq. Tədbir çərçivəsində 11 oktyabrda səhiyyə sahəsində Özbəkistan-Azərbaycan biznes forumu olacaq”.
Qeyd edək ki, sözügedən dekada oktyabrın 11-də yekunlaşacaq.