BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “iclası kitabxananın baş direktoru, Elmi-Metodiki Şuranın sədri, Prof. Məmməd Əliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. MEK-in təşkilatçılığı ilə baş tutacaq “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans haqqında ətraflı məlumat verən baş direktor sözügedən konfransın hibrid formatda keçiriləcəyini, xaricdən xeyli sayda qonağın qatılacağını vurğulayıb. MEK-in elmi katibi Şəbnəm Rüstəmova “Heydər Əliyev İli” çərçivəsində MEK tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərin keçirildiyini, layihələrin hazırlandığını, nəşrlərin çapa göndərildiyini vurğulayıb”.
İclasda gündəliyin digər mövzuları da müzakirə edilib, Biblioqrafiya şöbəsinin yarımillik hesabatı dinlənilib. Həmçinin MEK əməkdaşlarının Naxçıvanda “I Beynəlxalq İpək Yolu” konfransında və Tbilisi şəhərində keçirilmiş Mərkəzi və Şərqi Avropa dövlətlərinin “Vikimedia 2023” konfranslarından hesabatlar təqdim olunub.
Sonda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələr verilib.