Press "Enter" to skip to content

Fikri Ataoğlu Azərbaycanda keçirilən Şəhərsalma Forumunda iştirak edib

KKTC nümayəndə heyəti

Son yeniləmə: 2 Oktyabr 2023 16:05

BAYRAQDAR MEDİA – KKTC Baş nazirin müavini, turizm, gənclər, mədəniyyət və ətraf mühit naziri Fikri Ataoğlu Azərbaycanda keçirilən ikinci Milli Şəhərsalma Forumunda iştirak edib.

Kibrıs Postası xəbər verir ki, Fikri Ataoğlu mövzu ilə bağlı açıqlamasında Forumun çox faydalı olduğunu bildirib: “Bir çox ölkədən iştirak olduğuna diqqət çəkən F.Ataoğlu, təşkilatda ölkələr arasında texniki paylaşımın da olduğunu bildirib. Səfər zamanı F.Ataoğlunu nazirliyin müşaviri Serhan Aktunç, şəhərsalma şöbəsinin müdiri Türkmen Yiğitcan, şəhərsalmaçı Sinem Sevindik və memar Aslı Arnavut Gürtepe müşayiət edib”.

Məlumatda deyilir ki, Azərbaycanın Zəngilan şəhərində keçirilən “İqtisadi İnkişaf və Bərabərsizliklərlə Mübarizə üçün Davamlı Şəhərlər” adlı forumda 53 ölkədən iştirak edib: “Forum iqtisadi inkişafla yanaşı dayanıqlı şəhərlərin qurulması ilə bağlı fikir mübadiləsinə imkan yaratmaq məqsədilə təşkil edilib. Tədbirin sonunda Ağalının “Ağıllı kəndi” ziyarət edilib və Zəngilanda həyata keçirilən abadlıq layihələri araşdırılıb”.

Mission News Theme by Compete Themes.