Press "Enter" to skip to content

“Arkadağ” medalı təsis edilir

Türkmənistan parlamenti

Son yeniləmə: 2 Oktyabr 2023 17:51

BAYRAQDAR MEDİA – Türkmənistan parlamentinin sentyabrın 30-da keçirilən növbəti iclasında “Ardağ” medalının təsis edilməsi haqqında qanun layihəsinə baxılıb.

Bu barədə orient.tm məlumat yayıb.

Bildirilib ki, qanun layihəsində qeyd olunduğu kimi, sosial, ictimai, humanitar, xeyriyyəçilik, könüllülük fəaliyyətinin inkişafına, tibbi xidmətin təşkilinə, reabilitasiyaya mühüm töhfələrə görə həm Türkmənistan vətəndaşlarını, həm də Türkmənistan vətəndaşı olmayan şəxsləri təltif etmək üçün yeni dövlət mükafatı təsis edilib.

Qanun layihəsinin müzakirəsi zamanı onun Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun humanitar təşəbbüslərini təşviq edəcəyi, dövlətin humanitar siyasətinin uğurla həyata keçirilməsinə və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

Türkmənistan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin yaydığı xəbərə görə, Türkmənistan Məclisinin iclasının yekunu üzrə bu qanunvericilik aktı layihəsi yekdilliklə bəyənilib və qəbul edilib.

Mission News Theme by Compete Themes.