Press "Enter" to skip to content

Rəssam öz silsilə əsərləri haqqında məlumat verib

Sözügedən əsərlərdən biri

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Kommünike layihəsində bu dəfə rəssam Ramal Kazımın silsilə əsərləri haqqında məlumatı təqdim edib.

Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “əsərlərində rəssam insanın müxtəlif duyğularını, həyatın ağır reallıqlarını, çəkdiyi subyektləri deformasiya edərək, onların daxili vəziyyətlərini vurğulayır”.

Həmçinin təqdim olunan videomaterialda R.Kazım deyir: “sərgidə də müşahidə etdiyiniz kimi mənim işlərimdə əsasən insan faktoru var. Mən insan bədənlərini deformasiya edərək onların hisslərini bir növ üzə çıxarmağa, araşdırmağa çalışıram. Sərginin adı yeddinci tənhalıqdır. Mənim də işlərimdə birbaşa həmin mövzuya aid obrazlar var və insanların hisslərini o işlərə baxanda məncə hiss etmək mümkündür. Ən əsası yaradıcılığımda müasir incəsənət anlayışı sadəcə olaraq bəsit, estetik bir zövqdən ibarət deyil, mənim üçün gerçək incəsənət rəssamın çatdırmalı olduğu insanların hissləri, duyğularıdır. Mən də bunu çalışıram göstərim”.

Qeyd edək ki, sözügedən əsərlər “Yeddinci tənhalıq” qrup sərgisində nümayiş olunur.

Mission News Theme by Compete Themes.