BAYRAQDAR MEDİA – Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “dağlıq Qarabağ respublikasının müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Xəbəri Dövlət Sərhəd xidməti yayıb.
“Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – deyə xəbərdə bildirilir.