Press "Enter" to skip to content

Növbəti seçkinin qalibi “Avropa koalisiyası” olacaq

Dimitar Kovaçevski

Son yeniləmə: 29 Sentyabr 2023 12:30

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, “Avropa Birliyində inteqrasiya və tərəqqi tərəfdarı olan bütün partiyalar “Avropa Koalisiyası” olaraq növbəti prezident, sonra isə parlament seçkilərinin qalibləridir” deyib.

Xəbəri Yeni Balkan yayıb.

Bildirilib ki, “Baş nazir Kovaçevski mətbuat konfransında siyasi proseslərdən danışıb. O, BDİ sədri Ali Ahmetinin növbəti seçkilərdə avrointeqrasiya tərəfdarı olan bütün tərəflərin birgə hərəkət edəcəyi ilə bağlı açıqlamasına münasibət açıqlayıb”.

D.Kovaçevski bildirib ki, ölkədə əvvəllər iki anlayış var idi, bunlardan biri AB, digəri isə təcriddir və Ali Ahmeti yəqin ki, bu fikrə əsaslanaraq belə bir açıqlama verib.

Mission News Theme by Compete Themes.