Press "Enter" to skip to content

Koronavirusun yeni variantına qarşı peyvənd başlayıb

Peyvənd prosesi

Son yeniləmə: 29 Sentyabr 2023 11:18

BAYRAQDAR MEDİA – Bolqarıstanda koronavirusunun yeni variantının yayılmasına qarşı peyvənd kampaniyasına başlanılıb.

Radio Bolqarıstan xəbər verir ki, 12 yaşdan yuxarı insanlar üçün yeni peyvəndin 80 min 640 dozası təmin edilib: “Peyvənd dozaları ölkə üzrə Regional Səhiyyə Müfəttişlərinə ayrılıb. 6-11 yaş arası uşaqlar üçün xüsusi peyvəndlərin də gəlməsi gözlənilir”.

Bildirilib ki, “xüsusilə 60 yaşdan yuxarı insanlar, şəkərli diabet xəstələri, ürək və ağciyər xəstələri, orqan transplantasiyası alanlar və hamilə qadınlar üçün peyvənd edilməsi tövsiyə olunur. Milli Ekspertlər Şurası mövsümi qrip peyvəndinin Covid-19 peyvəndi ilə birlikdə vurulmasını tövsiyə edib”.

Mission News Theme by Compete Themes.