BAYRAQDAR MEDİA – Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Bu haqda xəbəri sentyabrın 29-da Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə qeyd edilir ki, “həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb”.