BAYRAQDAR MEDİA – 2-ci Dünya Müharibəsi (bir zamanlar Böyük Vətən Müharibəsi deyilirdi) iştirakçılarının xatirəsinə ucaldılmış kompleks hərbi məqsədlər üçün istifadə olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
“Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib. Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir”, – deyə xəbərdə bildirilir.