Son yeniləmə: 29 Sentyabr 2023 12:31
BAYRAQDAR MEDİA – Çin Doğu Türküstanda soyqırım, assimilyasiya və zülm siyasətini davam etdirir.
Kirim Haber Ajansi xəbər verir ki, Çin hökumətinin bu dəfə 79 yaşlı uyğur anasını həbs düşərgəsinə atdığı öyrənilib.
Məlum olub ki, 79 yaşlı uyğur türkü Helçem Pazil 2013-cü ildə İslamın təbliğ olunduğu söhbətdə iştirak etdiyi üçün 17 il həbs cəzasına məhkum edilib: “Pazilin 2019-cu ildən bəri Doğu Türküstanın quzey-batısında yerləşən Sancı Qadın Həbsxanasında həyat mübarizəsi verdiyi öyrənilib. Çin Xalq Respublikası hökumətinin sistematik zülm və assimilyasiya siyasətləri ilə Doğu Türküstanda bir xalq tam soyqırımına məruz qalıb və bu gün də əziyyət çəkməyə davam edir. Milli, dini, siyasi və mədəni baxımdan Doğu Türküstanda türk əsilli Çin olmayan bütün millətlər bu zülmün qurbanıdır”.