Press "Enter" to skip to content

Bolqarıstan yerli seçkilərə hazırlaşır

Seçki qutusu

Son yeniləmə: 29 Sentyabr 2023 10:04

BAYRAQDAR MEDİA – Bolqarıstanda yerli seçkilərə təxminən bir ay qalmış paytaxt Sofiyada sorğuda iştirak edən vətəndaşların 54 faizi hələ də seçim etmədiklərini bildirib.

Bu barədə Radio Bolqarıstan xəbər verib.

Xəbərdə deyilir ki, Bolqarıstanın ən böyük şəhəri olan Sofiyada indi seçicilərin 43 faizi səs verəcəkləri merliyə namizədi müəyyən edib: “Alpha Research” agentliyinin BNT-nin sifarişi ilə keçirdiyi ümummilli rəy sorğusunda iştirakçıların 64 faizi yerli seçkilərdə kimə səs verəcəklərinə qərar verdiklərini bəyan ediblər.

Paytaxtdan kənarda yaşayanların üçdə biri bələdiyyə sədri və bələdiyyə məclisi üzvləri seçkilərində hələ də öz seçimlərini müəyyən etməyib”.

Məlumata görə, respondentlərin 60 faizdən çoxu maşın səsverməsinin nəticələrinin dəqiq olduğuna inanır. Vətəndaşların 27 faizi səslərin hesablanmasında saxtakarlığın ola biləcəyindən narahatdır.

Mission News Theme by Compete Themes.