BAYRAQDAR MEDİA – Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin üç yeni müavini təyin edib.
Kirim Haber Ajansının məlumatına görə, Ukraynanın müdafiə naziri Rustem Umerov sosial media hesabında təyinatlarla bağlı açıqlama verib.
Açıqlamada bildirilib ki, Yuri Djigir nazirin maliyyə məsələləri üzrə, Nataliya Kalmıkova sosial inkişaf üzrə, Katerina Çernoqorenko isə rəqəmsal inkişaf üzrə nazir müavini təyin edilib
Məlumata əsasən, Yuri Djigir son üç il ərzində Dünya Bankına səhiyyə ilə bağlı islahatların maliyyə aspektləri ilə bağlı məsləhətlər verib: “O, 2018-2020-ci illərdə Ukrayna maliyyə nazirinin müavini vəzifəsində çalışıb. Y.Djigir Ukrayna, Doğu Balkanlar və Orta Asiyada islahatlar, sosial siyasət və fiskal mərkəzsizləşdirməni dəstəkləyən 20 ildən çox iqtisadi təcrübəyə malikdir”.
Nataliya Kalmıkova isə 2022-ci ilin fevralından Ukrayna Veteranlar Fondunun icraçı direktoru vəzifəsində çalışır: “Əvvəllər o, Ukrayna Quru Qoşunları komandanının müşaviri və “Digər qayıt” fondunun direktor müavini vəzifələrində çalışıb”.
Katerina Çernoqorenko “Dron Army” layihəsinin rəhbəri vəzifəsini icra edir: “2018-ci ildən eMalyatko elektron xidmətlərinin, elektron xəstəxananın və COVID sertifikatlarının tətbiqi üzrə layihə koordinatoru vəzifəsində çalışıb”.