Son yeniləmə: 28 Sentyabr 2023 12:08
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayət edən heyətlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 28-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzun müddətli strateji həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib”. Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.