Son yeniləmə: 27 Sentyabr 2023 11:15
BAYRAQDAR MEDİA – Türkmən xalqının ümummilli lideri Qurbanqulu Berdimuhamedov Türkmənistan şəhərlərinin inkişafı strategiyasının hazırlanmasının zəruriliyindən danışıb.
Türkmenportalı.com xəbər verir ki, o, bunu Xalq Maslaxatının iclasında bildirib.
Qurbanqulu Berdimuhamedov qeyd edib ki, əhalinin həyat səviyyəsi şəhərsalma işləri ilə möhkəm bağlıdır və ölkədə bu istiqamətdə lazımi qanunvericilik bazası yaradılıb. Ümummilli liderin sözlərinə görə, qəbul edilmiş qətnamələr insanların layiqli mənzillə təmin olunması və müvafiq sosial mühitin yaradılması, yaşayış məskənlərinin davamlı inkişafı ilə bağlı işlərin uğurla davam etdirilməsinə imkan verir: “Bu baxımdan biz Türkmənistanda şəhərlərin inkişafı strategiyasının hazırlanmasını zəruri hesab edirik. Bu strategiya yeni dövrdə əsas məqsədimizə – xalqımızın rifahının dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına nail olmaq yolunda daha bir mühüm addım olacaq”.