Press "Enter" to skip to content

Naxçıvan daha bir beynəlxalq tədbir keçiriləcək

Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu

Son yeniləmə: 27 Sentyabr 2023 17:07

BAYRAQDAR MEDİA – 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2 gün davam edəcək tədbirin birinci günündə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, enerji tənzimləmə,bərpa olunan enerjidən istifadə və mədənçilik istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək. Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı olacaq. Tədbir çərçivəsində enerji keçidi, yaşıl enerji zonası, Naxçıvanın yaşıl enerji potensialı və digər mövzularda plenar sessiyaların keçirilməsi vəhər iki ölkənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabrtarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Mission News Theme by Compete Themes.