BAYRAQDAR MEDİA – Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı (sentyabrın 27-si saat 10:00 üçün) açıqlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “1 min 105 atıcı silah və qumbaraatan, 60 artilleriya silahı, 226 HHM vasitəsi, 425 min 375döyüş sursatı, 2 min 721 təchizat və ləvazimat, 223 optik və digər cihaz, 22 zirehli texnika, 125 avtomobil texnikası, 21 qoşqu müsadirə edilib”.