Son yeniləmə: 27 Sentyabr 2023 13:03
“İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 27-də Agentlikdən məlumat verilib.
Məlumata görə, “görüşdə azad olunan ərazilərə köçürüləcək şəxslərin mərhələli şəkildə demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlilinin aparıldığı, onlarla fərdi görüşlərin keçirildiyi bildirilib. Qeyd edilib ki, təhlillər nəticəsində köçürüləcək şəxslər üçün fərdi məşğulluq proqramları hazırlanır və onların məşğulluq məsələlərin həlli üçün işlərə başlanır. Eyni zamanda işəgötürənlərlə də iş aparılaraq onların işçi qüvvəsinə olan tələbatları öyrənilib”.