Press "Enter" to skip to content

Güc birlikdədir

Mərasim zamanı

Son yeniləmə: 27 Sentyabr 2023 12:43

Denizli Yörükləri Dərnəyi 8-ci Yörük Toyunu reallaşdırıb

BAYRAQDAR MEDİADənizli Yörükləri Dərnəyi 8-ci Yörük Toyunu reallaşdırıb. Denizli Böyükşəhər Bələdiyyəsi ilə birgə həyata keçirilən mərasim Nihat Zeybekçi Mədəniyyət Mərkəzində olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Denizli Yörükləri Dərnəyinin başqanı Yaşar Celal Ceylan
Denizli Yörükləri Dərnəyinin başqanı Yaşar Celal Ceylan

Bildirilib ki, mərasimdə AK Parti Denizli millət vəkilləri Cahit Özkan və Nilgün Öz, CHP Denizli millət vəkili Sema Silkin Ün, Denizli Böyükşəhər valisi Ömer Faruk Coşkun, Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan, digər rəsmi şəxslər, həmçinin, Denizli Yörükləri Dərnəyinin başqanı Yaşar Celal Ceylan və sadə vətəndaşlar iştirak edib.

Məlumata görə, açılış nitqini Osman ZolanYaşar Celal Ceylan edib: “Hər iki natiq türk mədəniyyətinin keçmişdən gələcəyə daşınmasının, birlik və həmrəyliyin əhəmiyyətinə toxunub.

O.Zolan “Keçmişimizi qorumaq və gələcək nəslə ötürmək bizim ən böyük borcumuzdur. Yörük ənənəsini keçmişdən günümüzə daşımaq üçün hər zaman əlimizdən gələni etməyə çalışmışıq. Bundan sonra əlimizdən gələni etməyə çalışacağıq” deyib.

Yörük xanımları
Yörük xanımları

Y.C.Ceylan isə “2015-ci ildə qurulduğumuz gündən bəri yörük mədəniyyətini gələcək nəsillərə ən yaxşı şəkildə ötürmək üçün dövlətimiz və millətimizlə çiyin-çiyinə dayanmışıq. Denizli Böyükşəhər Bələdiyyəsinə sonsuz dəstəyinə görə təşəkkür edirik. İlklər Dərnəyi olaraq yörük mədəniyyəti adına çıxdığımız bu yolda bir çox təşkilatın inkişafına öncülük etmişik və bundan sonra da bu missiyanı davam etdirməyə çalışırıq. Biz yörük QHT-lərinin ən böyük borcumuz unudulmuş adət-ənənələrimizi keçmişdən gələcəyə daşıyaraq daim yaşamaqdır. İndiyə qədər gördüyümüz işlərin hamısı bundan sonra görəcəyimiz işlərin qarantıdır, dayanmadan yola davam” deyib.

Mərasimdən xatirə fotosu
Mərasimdən xatirə fotosu

Məlumatda o da qeyd edilib ki, müxtəlif yerlərədən gələn 63 yörük dərnəyinin iştirakı ilə gerçklşn mərasim mədəni proqramla davam edib: “Ozan Nihat, yörük qızı Sultan Torun, Yaşar ve Abdullah Çakmak qardaşları, Selcan Kökçen Şahin və Hasan Başkaya sazları, mahnıları ilə, Kültür Bakanlığı Halk Şairi, Denizli Yörükləri Dərnəyinin Qadın Kolları başqanı Safiye Samyeli isə gözəl şeirləri ilə iştirakçılara unudulmaz anlar yaşadıb”.

Mission News Theme by Compete Themes.