Son yeniləmə: 27 Sentyabr 2023 11:47
BAYRAQDAR MEDİA – Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 27 sentyabr 2023-cü il tarixində Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Mustafayev, Ş.Mustafayev, X.Ələkbərov, A.Rzayev küçələri, 1849-cu keçid, 3-cü mədən ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Məlumatda, “Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik” deyə qeyd edilib.