Press "Enter" to skip to content

Türkmənistan inkişaf planlarına yenidən baxır

Türkməistan əhalisi 7 milyon 57 min 841 nəfərdir

Son yeniləmə: 26 Sentyabr 2023 09:15

BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Serdar Berdimuhamedov əhalinin siyahıyaalınmasının nəticələri ilə əlaqədar ölkənin inkişaf planlarının dəqiqləşdirilməsinin zəruriliyini bəyan edib.

Türkmenportalı saytı xəbər verir ki, o, bu barədə Xalq Maslaxatının iclasında çıxışl zamanı deyib.

Məlumata görə, “Bildiyiniz kimi, ötən il rəqəmsal texnologiyalardan istifadə etməklə ölkədə əhalinin və mənzil fondunun ümumi siyahıyaalınması aparılıb. BMT-nin Əhali Fondunun ekspertləri beynəlxalq standartlara tam uyğun olaraq həyata keçirilən işləri yüksək qiymətləndiriblər”, – deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, 2022-ci il dekabrın 17-nə olan siyahıyaalma nəticələri göstərib ki, ölkə əhalisi 7 milyon 57 min 841 nəfərdir: “Bu baxımdan qarşımızda yeni çağırışlar var. Hesab edirəm ki, yazılı siyahıyaalmanın nəticələrini rəhbər tutaraq, müvafiq auditin aparılması və növbəti illərin planlarında dəqiqləşdirmələrin aparılması məqsədəuyğun olardı”.

Mission News Theme by Compete Themes.