Son yeniləmə: 26 Sentyabr 2023 11:56
BAYRAQDAR MEDİA – Orta Asiya – Avropa Birliyi Sammitinin gələn il Özbəkistanda keçiriləcəyi gözlənilir.
Bu barədə Kirim Haber Ajansı xəbər verib.
Bildirilib ki, Özbəkistanın “Dunya” xəbər agentliyinin verdiyi xəbərə görə, Belçikanın Brugge şəhərindəki Avropa Kollecində Orta Asiya ölkələrinin səfirləri Avropa Diplomatik Akademiyasının rektoru, Avropa Birliyinin Xarici Əlaqələr üzrə keçmiş Ali Nümayəndəsi Federica Mogherini ilə görüşüb. Görüşdə Orta Asiya ölkələri ilə Avropa Birliyi arasında əlaqələrin yaxşılaşdırılması təşəbbüsləri müzakirə olunub.
Görüşdə Moqerini qeyd edib ki, Orta Asiya-Avropa Birliyi Sammitinin 2024-cü ildə Özbəkistanda keçirilməsi gözlənilir.