BAYRAQDAR MEDİA – Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı (sentyabrın 26-sı saat 10:00 üçün) açıqlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “909 atıcı silah və qumbaraatan, 47 artilleriya silahı, 165 HHM vasitəsi, 251 min 308 döyüş sursatı, 1 min 674 təchizat və ləvazimat, 154 optik və digər cihaz, 22 zirehli texnika, 75 avtomobil texnikası, 21 qoşqu müsadirə edilib”.