BAYRAQDAR MEDİA – Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib”.