Press "Enter" to skip to content

Ermənisevərlər Türkiyə vətəndaşlığından çıxarılsın – TƏLƏB

İsmail Cengiz

Son yeniləmə: 26 Sentyabr 2023 10:17

BAYRAQDAR MEDİA – Avrasiya Türk Dərnəkləri Federasiyasının genel başqanı İsmail Cengiz qardaş Türkiyənin nazirlərinə müraciət edib.

BAYRAQDAR MEDİA-ya daxil olan müraciətin səbəbi ermənilərə əsassız yerə dəstək verən Türkiyə vətəndaşlarının vətəndaşlıqdan çıxarılması istəyidir.

“İçimizdə yaşayan və özlərini “aydın” olaraq tanıdan 123 ermənisevər “aydın üz qarası” utanc verici ifadələrin yer aldığı yazılı bir açıqlama yayımlayaraq Azərbaycanı Qarabağda soyqırım siyasəti güdməklə suçlayıb”, – deyə müraciətdə bildirilir.

Daha sonra qeyd edilir ki, “sözdə tarixçi Taner Akçam, Baskın Oran, Sait Çetinoğlu; Cengiz Akhtar, Eren Keskin və s. 123 sözdə aydının imzaladığı açıqlamada diktatura ilə suçlanan Azərbaycanın İsrail və Türkiyə ilə iş birliyi edərək, Qarabağda ermənilərin varlığına zorla son vermək istədiyi bildirilməkdə və BMT başda olmaqla bütün ölkə və uluslararası ictimai rəyi Azərbaycanı dayandırma və cəzalandırma çağırışında bulunulmaqdadır”.

İsmail Cengiz əlavə olaraq bildirir ki, “Xocalıda, Xankəndidə qətl edilən türkləri heç xatırlamayan, vətəndaşı olduğu Türkiyəni və qardaş Azərbaycanı etnik təmizləmə yapmaqla suçlayan 123 ermənisevər manqurtun Bakanlar Kurulu qərarı ilə dərhal vətəndaşlıqdan çıxarılması gərəkdir”.

Sonda bildirilir ki, “Avropa Birliyi də daxil olmaqla BMT-nin belə Azərbaycan torpaqları olaraq tanıdıqları Qarabağda terrorçu erməni çetelərin silahlı saldırılarını görməzdən, duymazdan gələn manqurtlaşmış aydınların Türkiyə Cümhuriyyəti vətəndaşlığından çıxarılaraq arzu edərlərsə, Ermənistana göndərilmələrini tələb edir, yetkililəri görəvə dəvət edirik”.

Əlavə edək ki, qardaş Türkiyədə 123 nəfər “aydın” birgə müraciət imzalayaraq Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edib…

Mission News Theme by Compete Themes.